...

İranda həbs olunmuş fransalı akademikin məhkəməsi sabah keçiriləcək

Dünya xəbərləri Materials 22 Dekabr 2009 12:57 (UTC +04:00)
Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib ki, Clotilde Reissin məhkəməsi sabah onun vəkilinin iştirakı ilə İranda keçiriləcək. Bu barədə Trend News İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.
İranda həbs olunmuş fransalı akademikin məhkəməsi sabah keçiriləcək

Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib ki, Clotilde Reissin məhkəməsi sabah onun vəkilinin iştirakı ilə İranda keçiriləcək. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Dövlətabadi əlavə edib ki, əgər Fransa bu problemin həllini istəyirsə, İranın məhkəmə qanunlarına hörmətlə yanaşmalıdır. Reissin Fransada həbsdə olan iki İran vətəndaşı ilə dəyişdiriləcəyi ehtimalı varmı sualını  isə, "Məhkəmənin hökmunu gözləmək lazımdır" deyə cavablandırıb.

Reiss hazırda zaminə buraxılıb və Fransanın Tehrandakı səfirliyində saxlanılır. O, İranda keçirilən prezident seçkilərindən sonra etiraz aksiyalarına qatıldığı üçün həbs olunub. İyul ayının 1-də həbs olunan fransalı akademik Reiss İsfahan Universitetində dərs deyirdi.

İranda iyunun 12-də keçirilən prezident seçkilərinin nəticəsinə sabiq prezidentliyə namizədlər etiraz ediblər. İslahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi seçkilərdə geniş saxtakarlıq olduğunu bildiriblər. Seçkilərdən sonra İranda başlanan etiraz aksiyaları müşahidəçilərin fikrincə, 1979-cu il İslam İnqilabından sonra analoqu olmayan səviyyədə keçib. Yüzlərlə siyasi fəal həbs olunub və onlarla vətəndaş həlak olub.

Xəbər lenti

Xəbər lenti