...

Afinada Türkiyə və Yunanıstan baş nazirlərinin görüşünə bir saat qalmış partlayış olub

Dünya xəbərləri Materials 14 May 2010 17:06 (UTC +04:00)
Türkiyə və Yunanıstanın baş nazirləri Rəcəb Tayyib Ərdoğan və Georgis Papandreu arasında görüşə bir saat qalmış Afinada gurultulu bomba partladılıb.
Afinada Türkiyə və Yunanıstan baş nazirlərinin görüşünə bir saat qalmış partlayış olub

Türkiyə və Yunanıstanın baş nazirləri Rəcəb Tayyib ƏrdoğanGeorgis Papandreu arasında görüşə bir saat qalmış Afinada gurultulu bomba partladılıb. Məlumatı CNN Turk telekanalının saytı yayıb.

Türk və yunan polislərinin operativ fəaliyyəti nəticəsində xəsarət alan olmayıb. Türkiyənin Baş naziri altı il ərzində ilk dəfə olaraq Yunanıstanda səfərdə olub. BBC saytı xəbər verir.

Türkiyə ilə Yunanıstan arasında ikitərəfli əlaqələr Kiprin Yunanıstan və Türkiyə arasında bölüşdürülməsi, həmçinin Egey dənizində sərhədlərlə bağlı problemə görə çətinləşib.

Afinaya səfər etməmişdən öncə Ərdoğan bəyan edib ki, Türkiyə hökuməti iqtisadi problemlərlə əlaqədar olaraq Yunanıstanla həmrəydir. Onun sözlərinə görə, tərəflər müdafiəyə ayrılmış xərclərin azaldılması istiqamətində əməkdaşlıq edə bilərlər.

Türkiyənin Baş naziri yunan həmkarı Papandreu ilə birgə kabinetin iki ölkə nazirlərinin iştirak edəcəyi birinci iclasına sədrlik edəcək. Tərəflər belə iclasların hər il keçiriləcəyinə ümid edirlər.

Xəbər lenti

Xəbər lenti