...

Diplomatiya İranın nüvə proqramı ətrafında mübahisənin yeganə həll yoludur – Abdullah Gül

Dünya xəbərləri Materials 24 Sentyabr 2010 13:38 (UTC +04:00)
Diplomatiya İranın nüvə proqramı ətrafında mübahisənin yeganə həll yoludur.
Diplomatiya İranın nüvə proqramı ətrafında mübahisənin yeganə həll yoludur – Abdullah Gül

Diplomatiya İranın nüvə proqramı ətrafında mübahisənin yeganə həll yoludur. Bu barədə Türkiyə Prezidenti Abdullah Gül BMT Baş Assambleyasında öz müraciəti zamanı bildirib. Bu barədə ILNA agentliyi məlumat verib.

O, həmçinin, qeyd edib ki, Türkiyə, İran və Braziliya ilə birgə işlənib-hazırlanmış Tehran Bəyannaməsi danışıqlar üçün imkanları nəzərdə tutur.

Mayın 17-də imzalanmış Bəyannamədə üç ölkə İranda işlənmiş azzənginləşdirilmiş uranın daha yüksək dərəcədə zənginləşdirilmiş yanacaq müqabilində Türkiyəyə göndərilməsi barədə razılıq əldə etmişdilər.

Gül, İran Prezidenti Mahmud Əhmədinejadla Bəyannaməni və İranın öz nüvə proqramını hazırlayarkən, üzləşdiyi beynəlxalq təzyiqlərlə bağlı məsələni həll etmək üçün görüşməyi planlaşdırır.

"Mənim İran Prezidenti ilə görüşüm olacaq. Türkiyədən başqa, heç bir ölkə onunla bizim danışdığımız kimi danışa bilməz", - o bəyan edib.

Xəbər lenti

Xəbər lenti