...

Türkiyə XİN başçısı türkdilli dövlətlərin səfirləri ilə Avrasiya və Xəzər regionundakı vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 6 Oktyabr 2010 12:51 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı türkdilli dövlətlərin diplomatik missiyalarının rəhbərləri ilə Ankarada Avrasiyada və Xəzər regionunda sabitlik və əməkdaşlığın təmin olunması üzrə fəaliyyəti müzakirə edib. Bu barədə çərşənbə günü "TRT Russian" saytı məlumat verib.
Türkiyə XİN başçısı türkdilli dövlətlərin səfirləri ilə Avrasiya və Xəzər regionundakı vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı türkdilli dövlətlərin diplomatik missiyalarının rəhbərləri ilə Ankarada Avrasiyada və Xəzər regionunda sabitlik və əməkdaşlığın təmin olunması üzrə fəaliyyəti müzakirə edib. Bu barədə çərşənbə günü "TRT Russian" saytı məlumat verib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan səfirləri ilə görüş zamanı Davudoğlu Türkiyənin Avrasiyada və Xəzər regionunda sabitliyin təmin olunması üçün var gücü ilı səy göstərməkdə davam etdiyini bəyan edib.

Türkiyəli nazir Özbəkistanı bu prosesdə görmək istəyini bir daha bəyan edib və Daşkəndin sentyabrın ortalarında İstanbulda keçirilən türkdilli dövlət başçılarının Zirvə toplantısında iştirak etmədiyini xatırladıb.

Çərşənbə günü Ankarada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransın (CICA) xüsusi işçi qrupunun iclası öz işinə başlayır.

Xəbər lenti

Xəbər lenti