...

İran "5+1" qrupu ilə danışıqlar aparmağa hazırdır

Dünya xəbərləri Materials 29 Oktyabr 2010 17:03 (UTC +04:00)
İran "5+1" qrupu ilə danışıqlar aparmağa hazırdır. Bu barədə İranın Ali Təhlükəsizlik Şurasından bildiriblər.
İran "5+1" qrupu ilə danışıqlar aparmağa hazırdır

İran "5+1" qrupu ilə (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) danışıqlar aparmağa hazırdır. Bu barədə İranın Ali Təhlükəsizlik Şurasından bildiriblər. Xəbəri İRNA İnformasiya Agentliyi yayıb.

Bundan əvvəl cümə günü Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton deyib ki, Təhlükəsizlik Şurasının katibi Səid Cəlali noyabrın 10-dan sonra "altılıqla" İranın nüvə proqramı üzrə danışıqlar aparmağa razılıq verib. Bu barədə "RİA Novosti" xəbər verib.

"Cəlali üçün danışıqlara noyabrın 1-dən sonra başlamaq əlverişlidir", - Eşton Brüsseldə jurnalistlərə deyib.

Xəbər lenti

Xəbər lenti