...

Türkiyə parlamentində dava düşüb

Dünya xəbərləri Materials 9 Fevral 2012 08:40 (UTC +04:00)
Cümə axşamı Türkiyə parlamentinin iclasında hakim və müxalifət partiyaların nümayəndələri arasında dava düşüb.
Türkiyə parlamentində dava düşüb

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Cümə axşamı Türkiyə parlamentinin iclasında hakim və müxalifət partiyaların nümayəndələri arasında dava düşüb. Bu barədə Trend Türkiyənin KİV-lərə istinadən məlumat verir.

Dava müxalifətçi Cumhuriyyət Xalq Partiyası (CHP) millət vəkillərinin keçirdiyi parlament kürsüsünü işğal etmək aksiyasından sonra meydana gəlib.

CHP-nın üzvləri kürsüsünə girişi bloklayıb parlament spikeri Cəmil Çiçəkin istefasını tələb ediblər.

Çiçək bu hərəkətləri kəskin tənqidə məruz qoyub və deyib ki, kürsünün işğal edilməsi problemləri həll etməyəcək.

CHP-nın lideri Kamal Kılıçdaroğlu, öz növbəsində, bu etirazı "demokratik akt" kimi adlandırıb və salamlayıb.

Cəmil Çiçəkin fasilə elanından sonra deputatları arasında başlayan dava təxminən 10 dəqiqə davam edib.

Xəbər lenti

Xəbər lenti