Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Hatay şəhərində Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları ilə hərbi toqquşma nəticəsində ölkə ordusunun iki hərbiçisi ölüb, biri isə ağır yaralanıb. Bu barədə Trend cümə axşamı "Sabah" qəzetinə istinadən məlumat verir.
Terrorçular arasında da itkilər var, belə ki, PKK-nın 4 yaraqlısı məhv edilib.