...

Taner Yıldız: Türkiyə enerji resurslarından regionda stabillik və inkişaf üçün istifadə edir

Dünya xəbərləri Materials 8 Aprel 2013 12:17 (UTC +04:00)
Türkiyə enerji resurslarından və enerji layihələrindən regionda stabillik və inkişaf üçün istifadə edir.
Taner Yıldız: Türkiyə enerji resurslarından regionda stabillik və inkişaf üçün istifadə edir

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir A.Tağıyeva /

Türkiyə enerji resurslarından və enerji layihələrindən regionda stabillik və inkişaf üçün istifadə edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) iclasında çıxışı zamanı Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, son 10 ildə ölıkənin enerji sektorunu demək olar iki dəfə yenidən strukturlaşdırıb.

Yıldızın sözlərinə görə, ölkə göstərilən dövrdə ÜDM 3 dəfə artırıb ki, bu da Türkiyənin iqtisadi və enerji sektorlarının uğurlu inkişafının göstəricisidir.

Beləliklə, Türkiyə bu gün ölkənin dünyanın bir çox ölkələri ilə müxtəlif enerji və iqtisadi layihələr həyata keçirməsinə nail olub.
"Rusiya ilə "Cənub axını" layihəsinin reallaşadırılması ilə yanaşı, Türkiyə bu gün qardaş Azərbaycanla Trans Anadolu qaz kəməri (TANAP ) layihəsini uğurla həyata keçirir", - Yıldız deyib.

Nazir qeyd edib ki, digər tərəfdən Türkiyə İranla sonuncunun siyasi problemlərinə baxmayaraq enerji sahəsində əməkdaşlığı davam etdirir, qonşu İraqla energetika sahəsində tərəfdaşlığı inkişaf etdirir.

Nazir, həmçinin Bakı-Tbilis-Qars və Bakı-Tbilisi-Ərzurum kimi regionun nəqliyyat və enerji təhlükəsizliyi üzrə vacib layihələrin də adını çəkib.

Yıldızın sözlərinə görə, Türkiyə Asiyanın istehsal güclərini Avropanın istehlak bazarları ilə birləşdirməklə regionda vacib enerji nəqliyyat körpüsü rolunu oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti