...

Egemen Baxış: İstanbul 2020 Yay Olimpiya Oyunlarının paytaxtı seçilməsə, səbəbkarı Qəzi parkında toplaşan etirazçılar olacaq

Dünya xəbərləri Materials 19 Avqust 2013 10:44 (UTC +04:00)
İstanbul 2020 Yay Olimpiya və Paralampiya Oyunlarının paytaxtı seçilməsə, bunun günahı Qəzi parkında toplaşan etirazçı-təxribatçılar da olacaq
Egemen Baxış: İstanbul 2020 Yay Olimpiya Oyunlarının paytaxtı seçilməsə, səbəbkarı Qəzi parkında toplaşan etirazçılar olacaq

Azərbaycan, Bakı, 19 avqust / Trend müxbir A. Tağıyeva/

İstanbul 2020 Yay Olimpiya və Paralampiya Oyunlarının paytaxtı seçilməsə, bunun günahı Qəzi parkında toplaşan etirazçı-təxribatçılar da olacaq. Trend-in Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, bunu Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri Egemen Baxış deyib.

Nazirin sözlərinə görə, etirazçılar bir neçə dəfə Beynəlxalq Olimpiya Komitəsinı (BOK) 2020-ci ildə İstanbulda Yay Olimpiya Oyunlarını keçirməkdən imtina etməyə çağırıblar.

E.Baxış deyib ki, İstanbul Olimpiada keçirmək üçün bütün tələblərə cavab verir və bu bütün müsəlman dünyasının uğuru ola bilər.

Qeyd edək ki, Türkiyə 2020 Yay Olimpiya Oyunlarının keçirilməsi üçün öz namizədliyini irtəli sürüb. Türkiyə Olimpiadanın keçirilməsinə qərar veriləcəyi təqdirdə təşkilatçılıq işlərinə 19 milyard dollar xərcləyəcəyinə dair təminat verib. Bu il sentyabrın 7-də BOK-un Buenos Ayresdəki 125-ci sessiyasında 2020 Olimpiadasının keçiriləcəyi şəhər müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti