...

Avropa İttifaqının zirvə toplantısı Minskdəki danışıqlara görə yubanır

Dünya xəbərləri Materials 12 Fevral 2015 13:12 (UTC +04:00)
Cümə axşamı Brüsseldə başlamalı olan Avropa İttifaqı (Aİ) dövlət və hökumət başçılarının zirvə toplantısı Minskdə keçirilən “normand dördlüyü”nün danışıqlarına görə yubanır.
Avropa İttifaqının zirvə toplantısı Minskdəki danışıqlara görə yubanır

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Cümə axşamı Brüsseldə başlamalı olan Avropa İttifaqı (Aİ) dövlət və hökumət başçılarının zirvə toplantısı Minskdə keçirilən "normand dördlüyü"nün danışıqlarına görə yubanır.

Trend TASS agenliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Donald Tuskun aparatından məlumat veriblər.

Minskdə bir gündən çoxdur ki, Rusiya, Ukrayna, Fransa prezidentləri Vladimir Putin, Petro Poroşenko və Fransua Olland, eləcə də Almaniya kansleri Angela Merkel arasında danışıqlar davam edir. Görüşdən sonra 4 ölkə liderinin Donbasda münaqişənin həllinə dair sənəd imzalayacaqları gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti