Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
İstanbulda "quş qripi"nin yayılma təhlükəsi yoxdur. Bu barədə Trend-ə Türkiyə Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, hazırda qripin yayılmasının qarşısının alınması üçün işlər görülür.
Həmçinin bildirilib ki, İstanbulda əhali arasında "quş qripi" xəstəliyinə tutulma halı qeydə alınmayıb.
Nazirlikdən qeyd olunub ki, "quş qripi" sadəcə bəzi köçəri quşlarda aşkarlanıb.
Bundan başqa, profilaktik məqsədlərlə sentyabrın sonunadək vəhşi quşların ovuna qadağa qoyulub.