...

Con Kerri Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 4 Avqust 2016 12:58 (UTC +04:00)
ABŞ dövlət katibi Con Kerri avqustun sonunda Türkiyəyə səfər edəcək.
Con Kerri Türkiyəyə səfər edəcək

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ dövlət katibi Con Kerri avqustun sonunda Türkiyəyə səfər edəcək. Bu barədə Trend "TRT HABER" telekanalına istinadən xəbər verir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Çevrilişə cəhddən sonra Türkiyə-ABŞ münasibətləri pisləşib. Ankara bəyan edib ki, çevrilişin arxasında ABŞ-da yaşayan Fətullah Gülən dayanır. Ankaranın sorğusuna cavab olaraq ABŞ rəsmiləri F.Gülənin Türkiyəyə ekstradisiyası məsələsinə baxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti