Bakı. Trend:
ABŞ-ın dövlət katibi Con Kerri yeni seçilmiş prezident Donald Trampı "Twitter"dən istifadəyə görə tənqid edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Kerri "ABC News" telekanalında deyib: "Mən "Twitter"də beynəlxalq siyasət ilə bağlı bəyanatlar vermirəm və bunu düzgün saymıram".
Dövlət katibi ABŞ hökümətinin digər tipli kommunikasiya seçəcəyinə ümidvardır: "Mən ümid edirəm ki, ABŞ höküməti digər tipli kommunikasiya seçəcək. Lakin bu yeni administrasiyadan asılıdır".