...

İspaniyada naməlum şəxs "Allahu Əkbər" qışqırıb polislərə hücum etdi

Dünya xəbərləri Materials 25 İyul 2017 13:29 (UTC +04:00)
İspaniya polisi Mərakeşlə İspaniyanın anklavı Meliliyada hüquq-mühafizə keşikçilərinə bıçaqla hücum edən şəxsi saxlayıb.
İspaniyada naməlum şəxs "Allahu Əkbər" qışqırıb polislərə hücum etdi

Bakı. Trend:

İspaniya polisi Mərakeşlə İspaniyanın anklavı Meliliyada hüquq-mühafizə keşikçilərinə bıçaqla hücum edən şəxsi saxlayıb. Trend-in məlumatına görə, İspaniya daxili işlər naziri Xuan İqnasio Soido məlumatı təsdiqləyib.

İnsident Beni Enzar sərhəd məntəqəsində baş verib. Məlumata görə, polislərdən biri yüngül yaralanıb.

Naməlum şəxsin polislərə hücum edərkən "Allahu Əkbər" qışqırması da qeyd olunur.

Xəbər lenti

Xəbər lenti