...

Barselonada avtomobil üç polisi vurub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 17 Avqust 2017 23:54 (UTC +04:00)
Barselonada avtomobil üç polis əməkdaşını vurub
Barselonada avtomobil üç polisi vurub (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 22:32-də yayılıb)

Bakı. Trend:

Barselonada avtomobil üç polis əməkdaşını vurub.

Trend-in məlumatına görə, polis əməkdaşları avtomobili yoxlamaq üçün saxlamaq istəyən zaman sürücü onların üzərinə sürüb.

Ağ "Ford Focus" markalı avtomobilin sürücüsü polislərə atəş açandan sonra hadisə yerindən qaçıb. Atışma nəticəsində iki polis əməkdaşı xəsarət alıb.

"Periodico" qəzeti bildirir ki, terrorçu atışmadan sonra zərərsizləşdirilib.

Qeyd edək ki, bu gün Barselonada terror aktı törədilib. Hadisə nəticəsində azı 13 nəfər həlak olub, 56 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti