...

Çindən daha bir nəhəng layihə - 4000 km/saat sürətlə hərəkət edən qatar

Dünya xəbərləri Materials 31 Avqust 2017 20:08 (UTC +04:00)
Çinin Aerokosmos Elm və Sənaye Korporasiyası sürəti saatda 4 min kilometrə çatan qatar hazırlamağı planlaşdırır
Çindən daha bir nəhəng layihə - 4000 km/saat sürətlə hərəkət edən qatar

Bakı. Trend:

Çinin Aerokosmos Elm və Sənaye Korporasiyası sürəti saatda 4 min kilometrə çatan qatar hazırlamağı planlaşdırır.

Trend-in məlumatına görə, “HyperFlight” qatarının ərsəyə gətirilməsində 20-yə yaxın Çin və xarici şirkət iştirak edəcək.

Layihənin 3 mərhələdə reallaşdırılması nəzərdə tutulur.

Birinci mərhələdə saatda 1000 kilometr sürətlə hərəkət edən regional qatarlar işə salınacaq. İkinci mərhələdə saatda 2000 kilometr sürətlə hərəkət edən qatarlar ölkənin iri meqapolislərini birləşdirəcək.

Üçüncü mərhələdə isə “HyperFlight” qatarlarının Çin hüdudlarından kənara çıxmağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti