...

Moskvada göydələn təxliyə edildi

Dünya xəbərləri Materials 7 Sentyabr 2017 18:23 (UTC +04:00)
Moskvanın “Moskva-Siti” biznes şəhərciyində göydələnlərdən biri təxliyə edilib
Moskvada göydələn təxliyə edildi

Bakı. Trend:

Moskvanın “Moskva-Siti” biznes şəhərciyində göydələnlərdən biri təxliyə edilib.

Trend-in məlumatına görə, buna ərazisində sahibsiz əşyanın tapılması səbəb olub.

Qeyd olunur ki, göydələnin birinci mərtəbəsində yerləşən kafedə şübhəli əşya aşkar edilib.

Binadan 300 nəfərin təxliyə olunduğu bildirilir.

Hazırda hadisə yerinə təhlükəsizlik və hüquq-mühafizə əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti