...

Misirdə həlak olanların sayı 300-ü keçdi

Dünya xəbərləri Materials 25 Noyabr 2017 15:44 (UTC +04:00)
Misirin Sinay yarımadasının şimalında ötən gün baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 305 nəfərə çatıb
Misirdə həlak olanların sayı 300-ü keçdi

Bakı. Trend:

Misirin Sinay yarımadasının şimalında ötən gün baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 305 nəfərə çatıb.

Trend-in məlumatına görə, həlak olanlardan 27 nəfəri uşaqdır.

Daha 128 nəfər isə xəsarət alanlar arasındadır.

Qeyd edək ki, ötən gün Əl-Ariş şəhərində məscidə hücum baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti