...

Rusiyada məktəbə hücum nəticəsində yaralananların sayı artıb

Dünya xəbərləri Materials 19 Yanvar 2018 10:07 (UTC +04:00)
Ulan-Ude şəhərinin Sosnovı Bor qəsəbəsindəki məktəblərdən birinə hücum zamanı xəsarət alanların sayı artıb.
Rusiyada məktəbə hücum nəticəsində yaralananların sayı artıb

Bakı. Trend:

RF Buryatiya Respublikasının Ulan-Ude şəhərinin Sosnovı Bor qəsəbəsindəki məktəblərdən birinə hücum zamanı xəsarət alanların sayı artıb.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında yeniyetmənin balta ilə müəllim və şagirdlərə hücum etməsi nəticəsində 7 nəfər yaralanıb.

Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır, bəzilərinin zədəsi isə yüngüldür.

Hücum edən yeniyetmə saxlanılıb, hazırda xəstəxanadadır. Onun intihara cəhd etdiyi bildirilir.

Qeyd edək ki, yanvarın 19-u səhər saatlarında 9-cu sinif şagirdi əlinə balta alaraq 7-ci sinif şagirdlərinə hücum edib, sonra içində tezalışan maye olan butulkanın köməyi ilə sinif otaqlarından birini yandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti