...

"Zeytun budağı" çərçivəsində 7 türk hərbçisi yaralanıb

Dünya xəbərləri Materials 16 Fevral 2018 02:10 (UTC +04:00)
Afrində "Zeytun budağı" əməliyyatı çərçivəsində döyüşlər zamanı 7 türk hərbçisi yaralanıb.
"Zeytun budağı" çərçivəsində 7 türk hərbçisi yaralanıb

Bakı. Trend:

Afrində "Zeytun budağı" əməliyyatı çərçivəsində döyüşlər zamanı 7 türk hərbçisi yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Baş Qərargah məlumat yayıb.

"Bu gün (cümə axşamı - red.) iki ayrı toqquşma nəticəsində 7 qəhrəman silahdaşımız yaralanıb. Yaralananlara tezliklə sağalmağı arzu edirik", deyə Baş qərargahın bəyanatında deyilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti