Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ölkəsinin qoşunlarını Suriyadan çıxarmaq istədiyini bildirib.
Trend-in məlumatına görə, Tramp bunu mətbuat konfransında çıxış edərkən bildirib.
"Mən çıxmaq (Suriyadan - red.) istəyirəm, qoşunları evə qaytarmaq istəyirəm", deyə prezidenti bildirib.
Onun sözlərinə görə, qərar İŞİD-ə qarşı koalisiya üzrə ABŞ-ın tərəfdaşları ilə məsləhətləşmələrdən sonra veriləcək.