...

Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 216-ya çatıb

Dünya xəbərləri Materials 15 İyul 2018 07:52 (UTC +04:00)
Yaponiyada leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb
Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 216-ya çatıb

Bakı. Trend:

Yaponiyada leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb.

Trend-in məlumatına görə, 27 nəfər itkin düşmüş sayılır. Ən çox ölüm faktı Xirosima prefekturasında qeydə alınıb - 106, Okayamada - 60, Eximedə - 26.

Qeyd edək ki, Yaponiyada leysan yağışları ötən həftə "Prapirun" tayfununun təsirindən başlayıb. Yağışlar çayların daşmasına və torpaq sürüşmələrinə səbəb olub. Hazırda zərər dəymiş rayonlarda 5 min insan təxliyə məntəqələrində qalır. Yerdə 5,5 min könüllü işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti