...

ABŞ-ın Şimali Karolina ştatında yeniyetmələr arasında atışma

Dünya xəbərləri Materials 18 İyul 2018 00:50 (UTC +04:00)
Çərşənbə axşamı ABŞ-ın Şimali Karolina ştatında atışma zamanı üç yeniyetmə yaralanıb, birinin vəziyyəti ağır olaraq dəyərlənirilir.
ABŞ-ın Şimali Karolina ştatında yeniyetmələr arasında atışma

Bakı. Trend:

Çərşənbə axşamı ABŞ-ın Şimali Karolina ştatında atışma zamanı üç yeniyetmə yaralanıb, birinin vəziyyəti ağır olaraq dəyərlənirilir.

Trend yerli polisə istinadən xəbər verir ki, atışma Şarlot şəhərinin şimalında baş verib. Atışma barədə məlumat aldıqdan sonra hadisə yerinə polis heyəti göndərilib. Evdən kənarda odlu silahla vurulan üç nəfər tapılıb.

Yaralılar dərhal yerli xəstəxanaya çatdırılıblar və onlara ilkin yardım göstərilib. Xəsarət alanların birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Yerli polis hadisə barəsində istintaqın aparıldığını söyləyib. Şahidlərin polis orqanları ilə əməkdaşlıq etməməsi səbəbindən cinayətkarların şəxsiyyətini müəyyənləşdirmək hələ ki mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti