...

Rusiya, İran və Türkiyə liderlərinin Tehran görüşü nə vaxt keçiriləcək?

Dünya xəbərləri Materials 24 Avqust 2018 16:07 (UTC +04:00)
Rusiya, İran və Türkiyə liderlərinin Tehran görüşünün tarixi yaxın vaxtlarda açıqlanacaq.
Rusiya, İran və Türkiyə liderlərinin Tehran görüşü nə vaxt keçiriləcək?

Bakı. Trend:

Rusiya, İran və Türkiyə liderlərinin Tehran görüşünün tarixi yaxın vaxtlarda açıqlanacaq.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

S.Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşünün yekunu üzrə mətbuat konfransında qeyd edib: "Liderlərin görüşünün tarixi müəyyən edilib, yaxın vaxtlarda açıqlanacaq".

Sammitin gündəliyinə gəlincə, Rusiya XİN rəhbəri bildirib ki, "çox güman ki, bu, bütün kompleks məsələlər olacaq".

Bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın demişdi ki, Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya üzrə sammiti sentyabrın əvvəlinə planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti