...

Peruda avtobus dərəyə yuvarlandı - 7 ölü

Dünya xəbərləri Materials 25 Sentyabr 2018 12:08 (UTC +04:00)

Bakı. Trend:

Peruda avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub, daha 15 nəfər isə xəsarət alıb.

Trend-in məlumatına görə, Kusko şəhəri yaxınlığında avtobus digər nəqliyyat vasitəsi ilə toqquşub və 200 metrlik dərəyə yuvarlanıb.

Sərnişinlərdən 6 nəfəri yerindəcə həlak olub, bir nəfər isə xəstəxanada vəfat edib. Xəsarət alanlar arasında uşaqlar da var.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti