...

Merkel istefa verəcəyini açıqladı

Dünya xəbərləri Materials 29 Oktyabr 2018 17:21 (UTC +04:00)
Almaniya kansleri Angela Merkel 2021-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini verməyəcəyini və vəzifədən istefa verəcəyini açıqlayıb
Merkel istefa verəcəyini açıqladı

Bakı. Trend:

Almaniya kansleri Angela Merkel 2021-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini və vəzifədən istefa verəcəyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə A.Merkel keçirdiyi mətbuat konfransında deyib.

O, ümumiyyətlə siyasətdən uzaqlaşacağını da bildirib.

A.Merkel bu gün həmçinin sədri olduğu Xristian-Demokrat Partiyasının sədrliyinə seçkilərdə namizədliyini verməyəcəyini açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti