...

Afinada 2 məhbus həbsxanadan qaçıb

Dünya xəbərləri Materials 2 Yanvar 2019 21:38 (UTC +04:00)
Yunanıstanın paytaxtı Afinanın "Koridallos" həbsxanasından 2 məhbus qaçıb
Afinada 2 məhbus həbsxanadan qaçıb

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinanın "Koridallos" həbsxanasından 2 məhbus qaçıb.

Trend-in məlumatına görə, bu barədə Yunanıstanın Ədliyyə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatında deyilir: "Yanvarın 2-si səhər saatlarında "Koridallos" istintaq təcridxanasında 2 nəfər qaçıb, onların axtarışı ilə Yunanıstan polisi məşğul olur. Ədliyyə Nazirliyi hadisənin ilkin yoxlanılması üçün dərhal öz nümayəndələrini göndərib, Cəzakəmə Müassələrinə Nəzarət üzrə Orqan növbədənkənar yoxlama təyin edib. Prokuror araşdırma aparacaq və əməkdaşların məsuliyyətini təyin edəcək".

Nazirlikdən bildiriblər ki, hər cür qeyri-qanuni hərəkətlərin qarşısının alınması üçün dekabrın 11-i, 19-u və 27-si təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üzrə təlimatlar verilmişdi.

"Proto tema" nəşrinin məlumatına əsasən, həbsxanadan albaniyalı 2 qardaş qaçıb. Onlar yaşlı insanlara qarşı silsilə qarət əməllərində ittiham olunurdular. Onlar 2 müxtəlif qarətçi qruplaşmanın üzvləri olublar. Qardaşlar ilk öncə dəmir barmaqlıqları mişarla kəsiblər, daha sonra həbsxananın daxili həyətinə çıxıblar və çanta hissələrindən hazırlanmış kəndirlə həbsxananın divarını keçı biliblər.

Xəbər lenti

Xəbər lenti