...

Yeni Zelandiyada iki məsciddə atışma: 27 ölü, 30 yaralı (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 15 Mart 2019 07:25 (UTC +04:00)
Yeni Zelandiyanın Kraystçerç şəhərində naməlum şəxslər Əl-Nur və Linvud Məscid məscidlərində insanlara atəş açıblar
Yeni Zelandiyada iki məsciddə atışma: 27 ölü, 30 yaralı (YENİLƏNİB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 06:17-də yayılıb)

Bakı. Trend:

Yeni Zelandiyanın Kraystçerç şəhərində naməlum şəxslər Əl-Nur və Linvud Məscid məscidlərində insanlara atəş açıblar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 27 nəfər həlak olub. Qeyd edilir ki, xəstəxanalra azı 30 yaralı çatdırılıb.

Bildrilir ki, atəş açan şəxslərdən biri saxlanılıb.

07:00

Yeni Zelandiyanın Kraystçerç şəhərində naməlum şəxs məsciddə insanlara atəş açıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 9 nəfər həlak olub.

Bildirilir ki, hazırda şəhərində xəstəxanaları 40-50 nəfər yaralı qəbul etməyə hazırlaşır.

Qeyd edilir ki, insident zamanı məsciddə 300-ə yaxın insan olub.

XXX

06:17

Yeni Zelandiyanın Kraystçerç şəhərində naməlum şəxs məsciddə insanlara atəş açıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "New Zealand Herald" qəzeti məlumat yayıb.

Bildirilir ki, insident nəticəsində azı 6 nəfər xəsarət alıb. Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti