Bakı. Trend:
Türkiyənin Van şəhərində qeyri-leqal miqrantları daşıyan yük maşını aşıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 miqrant həlak olub, 37-si isə xəsarət alıb.
Hadisə yerinə 11 təcili yardım maşını cəlb edilib. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.