...

Türkiyə İslandiyaya etiraz notası göndərdi - SƏBƏB?

Dünya xəbərləri Materials 10 İyun 2019 12:20 (UTC +04:00)
Türkiyə İslandiyaya etiraz notası göndərib
Türkiyə İslandiyaya etiraz notası göndərdi - SƏBƏB?

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə İslandiyaya etiraz notası göndərib.

Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Onun sözlərinə görə, bu addıma Reykyavik hava limanı əməkdaşlarının Türkiyə milli komandasının üzvlərinə göstərdiyi münasibət səbəb olub.

M.Çavuşoğlu bildirib ki, aeroportda baş verənlər diplomatik normaların kobud surətdə pozulmasıdır.

Qeyd edək ki, Türkiyə milli komandasının qarşılanması zamanı əməkdaşlar pasport yoxlamasını 2 saatadək ləngidib.

Bundan başqa, futbolçuların baqaj yoxlaması da ləngiyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti