...

Çində dağ uçqunu nəticəsində beş nəfər həlak olub

Dünya xəbərləri Materials 19 İyun 2019 07:00 (UTC +04:00)
Çinin Şensi vilayətində dağ uçqunu baş verib
Çində dağ uçqunu nəticəsində beş nəfər həlak olub

Bakı. Trend:

Çinin Şensi vilayətində dağ uçqunu baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində beş nəfər həlak olub.

Məlumata əsasən, uçqun Nintsyan qəzasında baş verib. Axşam üç nəfərin xilas edilməsinə baxmayaraq, onlardan biri xəstəxanada, digər iki nəfər isə xəstəxanaya aparılan zaman dünyasını dəyişib.

Bu gün səhər daha iki nəfərin meyiti tapılıb. Uçqunun səbəbi araşdırılır, onun fəsadlarının aradan qaldırması istiqamətində işlər gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti