Bakı. Trend:
Pakistanda yaşayan 700-dən çox uşaq QİÇS-ə yoluxub.
Trend-in “The Telegraph”-a istinadən verdiyi məlumata görə, epidemiya ilə bağlı ilk əlamətlərə hələ aprel ayında Larkana şəhərində rast gəlinib.
Tibb işçilərindən biri müşahidə edib ki, bir neçə uşağın temperaturunu azaltmaq mümkün olmayıb, xəstələr müalicəyə zəif cavab veriblər. Onların HİV virusu daşıyıcıları olduğu aşkarlanıb.
Bunla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yerli sakinlər arasında yoxlama aparıb. Nəticədə 30 minə yaxın insanın müayinəsindən sonra onlardan 876-sının virusa yoluxduğu bəlli olub. Onların 82% -i 15 yaşadək uşaqlar olub.
Virusun məsuliyyətsiz həkimlərin günahı ucbatından yayıldığı ehtimallar edilir.