...

İsveçrə polisi qatarda 3 kiloqram qızıl itirən şəxsi axtarır

Dünya xəbərləri Materials 15 İyun 2020 11:33 (UTC +04:00)
İsveçrə polisi qatarda 3 kiloqram qızıl itirən şəxsi axtarır

Bakı. Trend:

İsveçrə polisi Lüsern şəhəri yaxınlığında qatarda 3 kiloqram qızıl itirmiş şəxsi axtarır.

Trend-in məlumatına görə, qızılla dolu olan çanta ötən ilin oktyabrında tapılıb.

Bu müddətə qədər polisin axtarışları nəticə vermədiyi üçün, məlumatın ictimailəşdirilməsi qərara alınıb.

Qeyd olunur ki, qızıl məmulatlarının dəyəri 191 min dollara yaxındır. Lüsern prokurorluğunun bəyanatına əsasən, çantanın sahibi 5 il ərzində öz əmlakını geri götürməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti