...

Rusiya və Türkiyə arasında Suriya və Liviya üzrə məsləhətləşmələrin növbəti raundu keçiriləcək

Dünya xəbərləri Materials 14 Sentyabr 2020 22:37 (UTC +04:00)

Bakı. Trend:

Rusiya və Türkiyə arasında 15-16 sentyabr tarixlərində Suriya və Liviyadakı vəziyyətlə bağlı məsləhətləşmələrin növbəti raundu keçiriləcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "Suriya və Liviya ilə əlaqəli məsləhətləşmələr Türkiyə və Rusiya idarələrarası nümayəndə heyətləri arasında 15-16 sentyabr tarixlərində Ankarada texniki səviyyədə davam edəcək".

Qeyd edək ki, məsləhətləşmələrin bundan öncəki raundu 31 avqust - 1 sentyabr tarixlərində Moskvada keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti