Bakı. Orxan Nəbiyev - Trend
Koronavirusa qarşı "AstraZeneca" vaksininin adı dəyişdirilib.
Trend-in məlumatına görə, bu barədə Avropa Dərman Preparatları Agentliyinin (EMA) saytında deyilir.
Qeyd olunur ki, vaksinin yeni adı "Vaxzevria" olub. Dəyişiklik martın 25-də qeydə alınıb.
Ad dəyişikliyi "AstraZeneca"nın müraciətindən sonra qeydə alınıb.
Xatırladaq ki, bir müddət əvvəl bəzi ölkələr "AstraZeneca" vaksininin istifadəsini müvəqqəti dayandırmışdı.