...

ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Moskvaya səfər edəcək

Dünya xəbərləri Materials 9 İyul 2021 08:52 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri 12-15 iyul tarixlərində Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri Rusiya hökumətinin nümayəndələri ilə qlobal iqlim gündəminin artırılması üzrə müxtəlif məsələləri müzakirə etmək üçün 12-15 iyul tarixlərində Moskvaya səfər edəcək".

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi XİN rəhbəri Sergey Lavrovun gələn həftə Con Kerri ilə görüşü olacağını açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti