...

Avstriyada məktəbliləri aparan qatar çaya düşüb - Yaralılar var

Dünya xəbərləri Materials 9 İyul 2021 14:27 (UTC +04:00)
Avstriyada məktəbliləri aparan qatar çaya düşüb - Yaralılar var

Bakı. Orxan Nəbiyev - Trend:

Avstriyanın Zaltsburq federal torpağında içərisində məktəblilərin olduğu qatar qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza zamanı vaqonlardan biri çaya düşüb.

Hadisə nəticəsində 17 məktəbli yaralanıb. Ümumilikdə qatarda 54 məktəbli olub.

Hadisə yerinə 30 xilasedici, 10 təcili yardım maşını və bir helikopter cəlb edilib.

İlkin ehtimallara görə, qəzaya ağacın aşması nəticəsində relsin yararsız vəziyyətə düşməsi səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti