...

Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 8 Sentyabr 2021 13:08 (UTC +04:00)
Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu zərərsizləşdirib

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında növbəti dəfə antiterror əməliyyatı keçirib.

Trend-in məlumatına görə, bu barədə ölkəni Milli Müdafiə Nazirliyi öz "Twitter" səhifəsində yazıb.

Qeyd olunur ki, əməliyyat nəticəsində 13 PKK-lı terrorçu zərərsizləşdirilib.

Həmin terrorçuların hücum həyata keçirmək planlaşdırdıqları məlum olub.

Xatırladaq ki, ötən gün Suriyanın şimalında hücum nəticəsində 1 türkiyəli hərbçi həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti