Bakı. Trend:
Yaponiyanın mərkəzi hissəsində yerləşən Ayti prefekturasında təxminən 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 24 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Yaponiyanın polislər əməkdaşları qəzanın səbəbinin araşdırılmasına başlayıblar.