...

Qazaxıstanın paytaxtında altı nəzarət-buraxılış məntəqəsi quraşdırılıb

Dünya xəbərləri Materials 7 Yanvar 2022 00:10 (UTC +04:00)
Qazaxıstanın paytaxtında altı nəzarət-buraxılış məntəqəsi quraşdırılıb

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Nur-Sultanda altı nəzarət-buraxılış məntəqəsi quraşdırılıb, şəhərə giriş-çıxış məhdudlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə "Xabar 24" televiziya kanalı paytaxtın polis departamentinə istinadən bildirib.

Bildirilib ki, postlar Qaraqanda, Kokşetau, Pavlodar və Kosşı şəhərləri, Korqaljin, Həştərxanka kəndləri istiqamətində quraşdırılıb:

"Polisdən verilən məlumata görə, 23.00-dan 07.00-a kimi Nur-Sultana giriş-çıxış məhdudlaşdırılıb. Yalnız paytaxtın həyatının təmin edilməsində iştirak edən şəxslərə və nəqliyyat vasitələrinə istisna qoyulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti