...

Nur-Sultanda internetə çıxış bərpa edilib

Dünya xəbərləri Materials 10 Yanvar 2022 05:01 (UTC +04:00)
Nur-Sultanda internetə çıxış bərpa edilib

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində ötən gündən kəsilən naqilli internetə çıxış bu gün bərpa edilib.

Trend-in məlumatına görə, bu barədə "TASS"ın Nur-Sultandakı müxbiri xəbər verib.

Məlumata əsasən, paytaxtda internetə çıxış ötən gün saat 12:00 radələrində bağlanmışdı.

Eyni zamanda, mobil internetə qoşulma hələ də mümkün deyil.

Qeyd edək ki, Nur-Sultanda yerli vaxtla saat 23:00-dan 07:00-dək komendant saatı qüvvədədir.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 7-də respublikanın bütün bölgələrində ümumilikdə nizam bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti