...

Estoniyada fırtına səbəbindən minlərlə ev işıqsız qalıb

Dünya xəbərləri Materials 30 Yanvar 2022 07:45 (UTC +04:00)
Estoniyada fırtına səbəbindən minlərlə ev işıqsız qalıb

Bakı. Trend:

Estoniyada qar fırtınası səbəbindən minlərlə ev işıqsız qalıb. Pis hava şəraiti hava və yerüstü nəqliyyatda da çətinliklər yaradıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, yerli vaxtla saat 22:00-a Elektrilevi enerji şirkəti 10 minə yaxın evin işıqsız qaldığını bildirib.

Tallin hava limanından verilən məlumata görə, Estoniyanın paytaxtına çatmalı olan bəzi reyslər qonşu ölkələrin hava limanlarına yönləndirilib, uçuşların bir hissəsi təxirə salınıb. Cənub-qərb küləyinin sürəti 20 m/s, adalarda və qərb sahillərində 25 m/s-ə çatır. Güclü qar və çovğun yolların buz bağlamasına gətirib çıxarıb.

Polis mümkün qədər səfərləri təxirə salmağı tövsiyə edib. Bazar günü günortadan etibarən havanın bir qədər yaxşılaşacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti