Bakı. Orxan Nəbiyev - Trend:
İspaniyanın Kataloniya muxtar əyalətində zəncirvari qəza olub.
Trend-in məlumatına görə, qəzada 50-dək avtomobil toqquşub.
Hadisə nəticəsində azı 30 nəfər xəsarət alıb. Qəza bölgəsinə çoxlu sayda tibb işçisi cəlb edilib.
Qeyd olunur ki, qəzaya əlverişsiz hava şəraiti, xüsusilə də güclü qar səbəb olub.