...

Rumıniyanın keçmiş turizm naziri Bolqarıstanda saxlanılıb

Dünya xəbərləri Materials 8 Aprel 2022 06:32 (UTC +04:00)
Rumıniyanın keçmiş turizm naziri Bolqarıstanda saxlanılıb

Bakı. Trend:

Bolqarıstan polisi korrupsiya ittihamı ilə altı il həbsə məhkum edilən Rumıniyanın keçmiş turizm naziri Yelena Udryanı saxlayıb.

Trend xəbər verir ki, aprelin 7-də yerli polisə Rumıniya hüquq-mühafizə orqanlarından təcili müraciət edərək, Bolqarıstan ərazisində avtomobilin və içərisində olan şəxslərin, o cümlədən keçmiş nazirin tapılmasında kömək istəyib.

Udrya "Kulata" keçid məntəqəsi yaxınlığında saxlanılıb.

Rumıniya xüsusi xidmət orqanlarının məlumatına görə, Udrya vəzifəsində olarkən müxtəlif şirkətlərdən 1,1 milyon avrodan çox rüşvət alıb. Sabiq nazir barəsində ekstradisiya prosesi başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti