Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində Trans-Avropa magistralında zəncirvari qəza baş verib.
Trend-in məlumatına görə, hadisə zamanı 9 avtomobil toqquşub. Qəza şəhərin cənub-qərbində, Esenyurt rayonunda qeydə alınıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım briqadası və polis cəlb edilib.
İlkin məlumatlara əsasən, qəza nəticəsində azı 6 nəfər xəsarət alıb. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.