Bakı. Trend:
Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 29 min dollaradək azalıb.
Trend-in məlumatına görə, bu, 2021-ci ilin iyunundan bəri qeydə alınmış ən aşağı göstərici olub.
Son sutka ərzində kriptovalyutanın dəyəri 8 faiz azalıb.
Ümumilikdə, bitkoin martın əvvəlindən etibarən dəyər itirməyə başlayıb. Həmin dövrdən bu günədək kriptovalyuta 40 faizə yaxın ucuzlaşıb.