Bakı. Trend:
"Rosatom" Türkiyədə Nüvə Elmi və Texnologiyası Mərkəzi tikmək niyyətindədir və bu barədə Türkiyə tərəfi ilə danışıqlar aparacaq.
Trend-in verdiyi məlumata görə, bu barədə jurnalistlərə "Rosatom" dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov bildirib.
"Mən artıq nüvə layihəsinin böyük elmi yüksək texnoloji tərkib hissəsi haqqında danışmışam. Biz [Türkiyə tərəfi ilə] nüvə elmi və texnologiyası mərkəzinin yaradılması barədə danışıqlar aparacağıq. Bu, çox vacib bir səlahiyyətdir. Bu, təkcə enerji üstünlüklərini deyil, həm də materialşünaslıq, nüvə təbabəti, kənd təsərrüfatı və insanların həyat keyfiyyətini yaxşılaşdıran bir çox sahələrlə bağlı nüvə texnologiyalarının digər üstünlüklərini istifadəyə imkan verəcək”, - "Rosatom" rəhbəri bildirib.
Türkiyənin daha bir AES tikmək və "Rosatom"u buna cəlb etmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandıran A.Lixaçov qeyd edib ki, onun fikrincə, Rusiya dövlət korporasiyası ilə əməkdaşlığın müsbət təcrübəsini nəzərə alsaq, bu, məntiqli qərar olar.