...

Hulusi Akar Ukrayna nazirləri ilə taxıl daşınmasını müzakirə edib

Dünya xəbərləri Materials 31 İyul 2022 13:13 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Aleksey Reznikov və infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, taxılın daşınmasına başlanılmasına hazırlıq və İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlər məsələnin texniki hissəsinin tamamlandığını, hazırlıq işləri başa çatdıqdan sonra ən qısa zamanda daşınmaya başlanmasının planlaşdırıldığını bildiriblər. Həmçinin nazirlər Birgə Koordinasiya Mərkəzinin əməkdaşlarının bir-biri ilə əməkdaşlıq şəraitində çalışmasından razılıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti