...

İranda universitet tələbələri dərslərdən imtina ediblər

Dünya xəbərləri Materials 26 Sentyabr 2022 21:15 (UTC +04:00)
İranda universitet tələbələri dərslərdən imtina ediblər
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda etiraz aksiyaları ilə əlaqədar tələbə birlikləri açıqlama yayaraq dərslərdə iştirak etməkdən imtina ediblər.

Trend-in məlumatına görə, indiyədək Tehran, Təbriz, Rəşt, Həmədan, Kərəc və digər şəhərlərdə minimum 19 universitetin tələbələri dərslərə qatılmayacaqlarını elan ediblər.

Tehranda Sənət Şərif Universitetinin 13 müəllimi ötən günlərdə etiraz aksiyalarında saxlanılan tələbələrin azad edilmədiyi zamanadək dərslər təşkil etməyəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti