...

Ərdoğanla Əsəd arasında görüş ilə bağlı təcili plan yoxdur - İbrahim Kalın

Dünya xəbərləri Materials 4 Dekabr 2022 21:58 (UTC +04:00)
Ərdoğanla Əsəd arasında görüş ilə bağlı təcili plan yoxdur - İbrahim Kalın

Bakı. Trend:

Hazırda Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş ilə bağlı təcili plan yoxdur.

Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" televiziya kanalına müsahibəsində Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

İ.Kalın R.Ərdoğanla B.Əsədin görüşünün olub-olmayacağını və nə vaxt olacağını bilmədiyini bildirib.

"Belə bir görüşlə bağlı təcili planımız yoxdur", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti